Lukaşenko Putinə traktor hədiyyə etdi

Lukaşenko Putinə traktor hədiyyə etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinə “Belarus” markalı traktor hədiyyə edib.

AzerTimes xəbər verir ki, bu barədə Lukaşenko Sankt-Peterburqda jurnalistlərə açıqlamasında deyib.

Lukaşenkonun sözlərinə görə, traktoru Rusiya prezidentinin yubileyinə hədiyyə gətirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də 70 yaşını qeyd edir.

Teqlər: