Əmək pensiyalarının yenidən hesablanmaqla artırılması kimlərə şamil ediləcək?

“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərdən biri də ailə
üzvlərinin birinin dünyasının dəyişməsinə görə pensiyaların
hesablanması qaydası ilə bağlıdır.

AzerTimes-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən
iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirəyə
çıxarılıb.

Dəyişikliyə əsasən, ailə üzvlərindən biri, ailə başçısının
qulluq stajına görə əlavə təyin olunmuş yoldaşı və övladları
istisna olmaqla, öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud
ailə başçısını itirməyə görə müavinət istisna olmaqla sosial
müavinəti aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək
pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə
onların əmək pensiyasının məbləği yenidən hesablanır.

Bu isə həmin şəxslərin əmək pensiyalarının yenidən hesablanması
yolu ilə artmasına səbəb olacaq. Eyni zamanda, vəfat etmiş ailə
başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən
hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını
itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə
alınacaq.

Teqlər: