“Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun iclası keçirilib

23 may tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə
Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi
qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

AzerTimes xəbər verir ki, İşçi
qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev çıxış
edərək iclasın gündəliyi haqqında məlumat verib. Sonra Komissiyanın
Katibliyinin rəhbəri Vüsal Şıxəliyev tərəfindən əvvəlki “Doing
Business” hesabatı arasındakı fərqlər göstərilməklə Dünya Bankı
Qrupunun yeni “Əlverişli Biznes Mühiti” (“Business Enabling
Environment”) layihəsi, həmçinin sözügedən layihənin “Kommunal
xidmətlərə qoşulma” indikatoru üzrə diaqnostikası ilə əlaqədar
görüləcək işlər barədə təqdimatlar nümayiş olunub.

“Azərişıq” ASC-nin sədrinin müşaviri Fərruh Heybətov tərəfindən
sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin
daha da artırılmasına xidmət edən “Elektrik təchizatı şəbəkəsinə
qoşulma üzrə Kommunikasiya Strategiyası” üzrə cari ilin müvafiq
dövründə görülmüş işlər, həmçinin İşçi qrupunun 2022-ci il üçün
təsdiq olunmuş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra
vəziyyəti barədə məlumat verilib.
İclasda Energetika və İqtisadiyyat nazirlikləri, Kiçik və Orta
Biznesin İnkişafı Agentliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin nümayəndələri iştirak edib.

Teqlər: