Bakı birinciliyində qazandığım qızıl medal mənə gələcək üçün stimul olacaq – Gənc gimnast

Xoşbəxtəm ki, aerobika gimnastikası üzrə Bakı birinciliyində
qızıl medal qazanmışam, bu mükafat mənə gələcək məşq və yarışlar
üçün stimul olacaq.

Bunu Trend
aerobika gimnastikası üzrə 6-cı Bakı birinciliyinin iştirakçısı,
balacalar yaş qrupunun qalibi, “Ocaq Sport” klubunu təmsil edən
Mədinə İbrahimli deyib.

“Yarışlara çox ciddi hazırlaşmışdım, yaxşı nəticə göstərmək
istəyirdim və bu, məndə alındı. Məşq etmək elə də çətin deyil, mən
aerobika gimnastikası ilə məşğul olmaqdan zövq alıram. İlk dəfə
gimnastika yarışlarını televizorda gördüm və bu idman növü ilə
məşğul olmaq həvəsim yarandı”, – gimnast deyib.

O əlavə edib ki, yarışlar zamanı çox həyəcanlanmayıb və bütün
diqqətini öz çıxışına ayıra bilib.

Qeyd edək ki, mayın 25-də Bakı Olimpiya İdman Kompleksində
aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və Bakı
birinciliyi keçirilib. Yarışda “Ocaq Sport” klubu, “Zirvə” İK,
“Grasiya” İK və Sumqayıt OİK-dən 80 gimnast iştirak edib.

İdmançılar Bakı birinciliyində balacalar (2014-2015-ci il),
uşaqlar (2011-2013-ci il), yeniyetmələr (2008-2010-ci illər) və
gənclər (2005-2007-ci il illər), Azərbaycan çempionatında isə
yeniyetmələr (2008-2010-ci illər), gənclər (2005-2007-ci il illər)
və böyüklər yaş kateqoriyasında (2004-cü il və daha böyük) mübarizə
aparıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: