Sülh müqaviləsinin bağlanmasına ümidlər bir qədər də artıb – Rauf Əliyev

22 may 2022-ci il tarixində Brüsseldə işgüzar səfərdə olan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa
İttifaqı (Aİ) Şurasının Prezidenti Şari Mişel ilə təkbətək görüşdən
və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən
üçtərəfli görüşdən əldə olunan razılaşma böyük əhəmiyyət
daşıyır.

Görüşdə Prezident İlham Əliyev Şari Mişelin Ermənistan ilə
Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, iki ölkənin
münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin
açılıması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə
verdiyi dəstəyi yüksək qiymətləndirmişdir. Bu formatda Avropa
İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə üçüncü dəfədir ki,
görüşün keçirildiyini qeyd edən dövlətimizin başçısı Ermənistan ilə
Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh
müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq
hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu, bu prinsiplərin
sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin işğaldan azad edilmiş
ərazilərdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin
düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq
gətirilməsinin vacibliyini bir daha vurğulayıb. Cənab Prezident 10
noyabr Bəyənatının bütün müddəalarının Ermənistan tərəfindən icra
olunmasının zəruriliyini qeyd edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şari Mişel Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan
Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün
yekunlarına dair mətbuata açıqlama verib. Aşağıdakı nəticələrin
əldə olunduğu qeyd olunub. Sərhəd məsələləri ilə bağlı sərhəd
komussiyalarının yaxın günlərdə birinci iclasının dövətlərarası
sərhəddə keçirilməsi razılaşdırılıb. Bu razılaşmanın
reallaşdırılması üçün Azərbaycan tərəfindən müvafiq addım atıldı.
Cənab Prezident İlham Əliyev tərəfindən 23.05 2022-ci il tarixdə
“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında
dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının
yaradılması haqqında” Sərəncam imzalanıb. Sərəncama əsasən,
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət
sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb.
Kommunikasiya ilə əlaqədar dövlət başçıları nəqliyyat əlaqələrinin
açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində
razılığa gəliblər. Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və
Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında
tranzitləri, habelə iki ölkənin kommunikasiya infrastrukturu
vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək
prinsiplər üzərində razılığa gəlinib. Sülh sazişi ilə əlaqədar hər
iki dövlət başçısı Ermənistan və Azərbaycan arasında dövlətlərarası
münasibətləri tənzimləyəcək gələcək sülh müqaviləsinə dair
müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Bürüssel görüşüdə əldə olunan razılaşmalar ümumilikdə
Azərbaycanın maraqlarına tam uyğun olduğunu göstərir. Bütün bular
deməyə əsas verir ki, Aİ Vətən müharibəsi zamanı Azərbaycanın
qələbəsi nəticəsində yaranmış yeni reallıqları qəbul edir və
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən
balanslaşdırılmış, dərindən düşünülmüş strateji siyasət öz
nəticələrini verir. Keçirilən görüşdə əldə olunan razılaşmalar iki
ölkə arasında sülh müqaviləsinin bağlanmasına ümidlər bir qədər də
artırıb.

Rauf Əliyev,
Milli Məclisin deputatı

Teqlər: