Əjdər Olun apelyasiya şikayəti araşdırılır

Bakı Apelyasiya Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol)
barəsindəki hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi
başlayıb.

AzerTimes-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin
anket məlumatları dəqiqləşdirilib, iş üzrə məhkəmənin baxışı iyunun
11-ə təyin olunub.

Xatırladaq ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX)
tərəfindən keçirilən əməliyyatla həbs edilib.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla
təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci
(mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə
səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci
(külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan
olunub.

Əjdər Ol Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vəzifə
səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və külli miqdarda rüşvət
almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum
edilib.

Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol
təxəllüsü ilə tanınan şair-publisistdir.

Teqlər: