Aİ Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməkdə davam edir – Peter Mixalko

Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında sülh
prosesini dəstəkləməkdə davam edir.

Trend-in məlumatına görə, bunu Aİ-nin
Azərbaycandakı səfiri Peter Mixalko Bakıda keçirilən Aİ-Azərbaycan
biznes forumunda deyib.

Onun sözlərinə görə, Aİ Cənubi Qafqazda konkret təşəbbüslər yolu
ilə dinc münasibətlərin qurulmasını dəstəkləyir.

“Aİ, həmçinin Azərbaycanın azad edilmiş ərazilərində minaların
təmizlənməsi prosesini və bərpa üzrə istənilən layihələri
dəstəkləyir”, – deyə o bildirib.

P.Mixalko əlavə edib ki, yüzlərlə Avropa şirkəti iqtisadiyyatın
müxtəlif sektorları üzrə bərpa işlərində iştirak etməkdə
maraqlıdır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: