Azərbaycanda ilk dəfə “canlı” Radiostudiya layihəsi (FOTO)

Azərbaycanda ilk dəfə “Radio TMB” (100.5 Fm) sinergiya
formatında yayımını TMB TV tamaşaçılarının auditoriyasına və “şüşə
arxasında” prosesi izləyən şəhər sakinlərinə təqdim edir.

Radiodan AzerTimes-a verilən
məlumata görə, yeni studiya TMB TV Azərbaycan kanalına, o cümlədən
internet platformalarında radio proqramlarına canlı konsertlərin
birbaşa yayımına imkan verəcək.

Belə ki, bu gün “Radio TMB” “Neftçilər” prospektində (Dənizkənarı
Milli Parkda) inşa edilmiş yeni ofisindən yayıma başlayıb. Beş
aydan çox davam edən dizayn işlərinin yekunu olaraq ölkənin ən
müasir teleradio studiyası istifadəyə verilib. İki mərtəbədən
ibarət və böyük yayım studiyasi ilə göz oxşayan 100.5 FM-in yeni
ofisi texniki parametrləri ilə də diqqət çəkir. Yeni studiya üçün
seçilən yüksək texnologiyalı radio avadanlıqlar, həmçinin HD
kameralar və studiya işıqlandırma sistemləri müasir radio və tv-nin
bütün standartlarına və yaradıcılıq tələblərinə cavab verir. Məhz
buna görə yeni studiya ölçü və dizayn baxımından radiodan daha çox
televiziyanı xatırladır. Prodüser, videorejissor və səs
mühəndisinin fəaliyyət göstərdiyi istehsal otağının avadanlıqları
isə müasir standartlarına görə xüsusilə seçilir.

Keyfiyyətli sosial və əyləncəli proqramların hazırlanması üçün
ofislərimiz son dərəcə müasir texnologiyalarla təhciz olunub.
“Radio TMB” nin yeni studiyasının digər layihələrdən əsas fərqi
yüksək görüntü imkanına malik kameralardan və uzaqdan idarə olunan
kameralardan istifadə edilməsidir.

Qeyd edək ki, “Radio TMB” 100.5 FM ölkəmizdə ilk dəfə keçiriləcək
“Teknofest” festivalına media tərəfdaşlığı edəcək və yeni
studiyanın açılışı da “17 May Ümumdünya Telekommunikasiya və
İnformasiya Cəmiyyəti Günü”nə təsadüf edir.

Məlumat üçün bildirək ki, fevralın 1-dən Türk millətlərinin və
xalqlarının Azərbaycanla həmrəyliyini gücləndirmək məqsədilə “Radio
TMB” efir yayımına start verib.

Teqlər: