Əfqanıstanda məscid partladılıb, onlarla ölü və yaralı var

Əfqanıstanın Məzari-Şərif şəhərində məsciddə partlayış
törədilib.

Trend-in
məlumatına görə, hadisə nəticəsində azı 30 nəfər həlak olub.

Bundan başqa, daha 80 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara
yerləşdirilib.

Qeyd olunur ki, partlayış insanların namaza toplaşdığı zaman baş
verib. Hadisə ilə bağlı hələlik məsuliyyəti üzərinə götürən
olmayıb.