Dünyada koronavirusa yoluxanların sayı 399 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 399 milyonu keçib.

AzerTimes-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 2 893 613 yoluxma halı və 11 378 ölüm halı qeydə alınıb.

Hazırkı dövrədək koronavirusa 399 600 697 nəfər yoluxub. Onlardan 5 757 562 nəfəri vəfat edib.


Yanvarın 25-də yoluxma halı 350 milyonu, yanvarın 8-də 300 milyonu, noyabrın 9-da 250 milyonu, avqustun 5-də isə 200 milyonu keçib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.