Türkiyə Silahlı Qüvvələri K+ raketlərinin bir partiyasını alıb

Türkiyənin “Roketsan” müdafiə şirkəti Türkiyə Silahlı Qüvvələrinə onlarla K+ tipli raketi təhvil verib.

AzerTimes-ın məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir bildirib.

Yüksək güclü K+ raketi 30-120 km məsafədəki obyektləri vura bilir.