Bayden Makronla telefon danışığı aparıb

ABŞ prezidenti Co Bayden Fransa rəhbəri Emmanuel Makronun Moskva və Kiyevə səfərindən sonra telefon danışı aparaıb.

AzerTimes-ın məlumatına görə, bu barədə brifinq zamanı Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

O deyib ki, ABŞ prezidenti E.Makronla bu gün səhər saatlarında danışıb:

“Onun həftə ərzində bir sıra digər avropalı həmkarları ilə danışacağını gözləyirəm”.

C.Psaki qeyd edib ki, Vaşinqton hələ də ABŞ-ın nöqteyi-nəzərindən Fransa liderinin Rusiya prezidenti Vladimir Putinlə Moskva görüşünün necə uğurlu keçdiyini qiymətləndirə bilmir.

Teqlər: