Dünyada bir həftə ərzində COVID-19-dan ölənlərin sayı 11% azalıb

Son bir həftə ərzində 3,7 milyondan çox insan koronavirusa
yoluxub, 9 mindən çox insan ölüb. Əvvəlki 7 günlə müqayisədə
yoluxma hallarının sayı 3 faiz, ölənlərin sayı isə 11 faiz
azalıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı
(ÜST) bildirib.

Bildirilib ki, keçən həftə, mayın 16-dan mayın 22-dək, “yanvardakı yüksək göstəricilərdən sonra [COVID-19-un yeni yoluxma
hallarında] azalma tendensiyası davam etdi”.

Xəstəlik 3 faiz, ölüm isə 11 faiz azalıb. ÜST-ə 3 721 079
infeksiyaya yoluxma və 9 440 ölüm faktı barədə məlumat daxil
olub.

Teqlər: