Yunanıstanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

İran Xarici İşlər Nazirliyi İran bayrağı altında gəminin
müsadirə edilməsi ilə əlaqədar Yunanıstanın müvəqqəti işlər
vəkilini Tehrana çağırıb.

AzerTimes-ın
məlumatına görə, Yunanıstanın müvəqqəti işlər vəkili ölkə səfirinin
olmadığı üçün İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyinin Aralıq dənizi departamentinin
direktoru yunan diplomata bildirib ki, gəminin qaçırılması
beynəlxalq banditizm nümunəsidir.

Məmur texniki nasazlıq səbəbindən sözügedən gəminin təcili
dayandırılmasına istinad edərək, Yunanıstan hökumətini məsuliyyətə
cəlb edib

Yunanıstanın müvəqqəti işlər vəkili İranın etirazını dərhal öz
hörmətli hökumətinə çatdıracağını bildirib.