Şimali Koreyada üçüncü gündür ki, “qızdırma” səbəbindən ölən yoxdur

KXDR-də “qızdırma” adlandırdığı halların sayı azalır, ölkədə
üçüncü gündür ki, ölüm halları qeydə alınmır.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər verib.

Məlumata əsasən, Şimali Koreyada son 24 saat ərzində 105 mindən
çox insanda qızdırma əlamətləri aşkarlanıb. Eyni zamanda, mayın
25-də təxminən 116 min, mayın 24-də isə 220 minə yaxın xəstə qeydə
alınıb.

Agentlik bildirib ki, artıq üçüncü gündür ki, KXDR-də xəstəliyin
fəsadlarından ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 68
nəfərdir.

Teqlər: