Dünya üzrə 257 təsdiqlənmiş meymun çiçəyinə yoluxma halı qeydə alınıb – ÜST

Dünyada 23 ölkədə 257 təsdiqlənmiş və 120 şübhəli meymun çicəyi
xəstəliyinə yoluxma halı qeydə alınıb.

Trend xəbər
verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Təşkilat qeyd edir ki, xəstəlik üçün endemik olmayan bir neçə
ölkədə yoluxma hallarının qəfil və eyni vaxtda ortaya çıxması
virusun “müəyyən müddət ərzində aşkar edilməmiş” formada mövcud ola
biləcəyini göstərir.

ÜST əksər hallarda xəstəlik və endemik ərazilərə səyahət
arasında heç bir əlaqə aşkar edilmədiyini də bildirir.

Mayın 13-dən etibarən meymun çiçəyi xəstəliyi 23 qeyri-endemik
ölkədə aşkar edilib. ÜST qeyri-endemik ərazilərdə müşahidə
genişləndikcə yeni halların ortaya çıxacağını gözləyir.