Almaniya müdafiə fondu yaratmaq üçün konstitusiyaya dəyişiklik etmək niyyətindədir

Almaniya kredit əsasında 100 milyard avroluq (107,35 milyard
dollar) xüsusi müdafiə fondunun yaradılmasına icazə vermək üçün
konstitusiyasına dəyişiklik edəcək.

Trend “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin
Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, müvafiq danışıqları FDP (Azad Demokrat
Partiyası) lideri Kristian Lindner, SPD (Almaniya Sosial Demokrat
Partiyası) təmsilçisi olan müdafiə naziri Kristin Lambrext,
Yaşılların lideri Annalena Burbok və müxalifətdən olan
vitse-prezident Matias Middelberq aparıb.

Bu vəsaitlərin bir neçə il ərzində Almaniyanın müdafiə
büdcəsinin təxminən 50 milyard avro artırılmasına sərf ediləcəyi və
ölkəyə NATO-nun hər il ÜDM-in 2%-ni müdafiəyə xərcləmək məqsədini
yerinə yetirməyə imkan verəcəyi vurğulanır.