Ramazan orucundan sonra qidalanma necə olmalıdır?

Mərkəzi Gömrük Hospitalının diyetoloqu Məlahət Kərimova “Ramazan
orucundan sonra qidalanma necə olmalıdır?” sualını
cavablandırıb.

Ramazan ayında oruc tutanların fərqli qidalanma rejimi olduğuna
görə Ramazan bayramından sonra qidalanma rejiminə tam diqqət etmək
lazımdır. Oruc zamanı imsak və iftar qəbul edildiyi üçün orqanizmdə
maddələr mübadiləsi yavaşlayır və oruc bitdikdən sonra çox yemək
yedikdə tez müddətdə çəkinin artma riski yüksəlir. Orucluqda aclığa
alışan orqanizmi həddindən artıq yükləmək, xüsusilə də ağır
yeməklərdən istifadə etmək ürək damar sistemində, xolestrinin
yüksəlməsinə səbəb olar. Mədəni yoran, ağır həzm olunan qidalardan
uzaq durmaq lazımdır. Bunun üçün yağlı yeməklərə, qızartdılmış ət
yeməklərinə, xəmir yeməklərinə diqqət etmək lazımdır. Az-az, amma
tez –tez qidalanmaq lazımdır. Gün ərzində 5-6 dəfə qidalanmaq
məsləhətlidir.

Səhər yeməyi əsasdır. Mütləq süd və süd məhsullarından istifadə
etmək lazımdır. Menyuda yağsız pendir, kəsmik, zeytun, boyat cörək
və ya kəpəkli çörəkdən, yumurta və baldan rahatlıqla istifadə edə
bilərik. Ara yeməklərində təzə meyvələr və ya təzə çəkilmiş meyvə
şirələrindən, qoz, fındıq, kişmiş, qara gavalıdan istifadə etmək
olar.

Günorta yeməklərində mütləq duru yeməklərdən, şorbalardan
istifadə etmək lazımdır. Bununla bərabər pörtlədilmiş ət, toyuq,
balıq da menyuda yer almalıdır. Tərəvəz salatlarına, paxlalı
bitkilər qrupundan olan qidaları da qəbul etmək lazımdır.

Ramazan ayında tərəvəz və meyvələrdən az istifadə edilməsi çəki
artımlarına səbəb olur. Bundan qurtulmaq uçun mütləq karbonhidrat
və zulaların yerinə daha çox tərəvəz və meyvələrdən istifadə
edilməlidir.

Axsam yeməklərində isə zeytun yağında hazırlanılmış ətli tərəvəz
yeməklərinə diqqət etmək lazımdır. Bunlar lobya, badımcan, gül
kələm, kabaklı yeməklərdir ki, həm həzmi cox rahatdır, həm də
bağırsaq problemlərinin qarşısı alınmış olur. Gecə yatmadan əvvəl
qatıq, kəsmik yemək, 1 stakan sud içmək məsləhətlidir.
Ümumiyyətlə gün ərzində içilən suyun miqdarı 2 litrə qədər
olmalıdır. Su yeməklərdən yarım saat əvvəl və yeməkdən yarım saat
sonra içilməldir.

Teqlər: