Dəm qazı 49 yaşlı qadının həyatına son qoydu

Mingəçevir. Trend:

Mingəçevirdə qadın dəm qazından boğularaq ölüb.

AzerTimes-ın
məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsi 30 /1
ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsində baş
verib.

1973-cü il təvəllüdlü Mətanət Dadaşovanın meyiti hamam otağında
aşkarlanıb. Qonşuların sözlərinə görə, qadın qeyd edilən ünvanda
tək yaşayırmış. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Teqlər: