Dələduzluqla axtarışda olan şəxs Şirvanda narkotiklə saxlanılıb

Dələduzluqla axtarışda olan şəxs Şirvanda narkotiklə
saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, Şirvan
Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat
tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə
saxlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum
olunmuş Eldəniz Rzayev saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin
aşkarlanaraq götürülüb.

Faktla əlaqədar Şirvan ŞPŞ-də aparılan araşdırmalar zamanı
E.Rzayev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla
törədildikdə) maddəsi ilə cinayət işi açıldığı və hal-hazırda
axtarışda olduğu da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Teqlər: