Aprel döyüşləri İkinci Qarabağ Müharibəsində qazandığımız tarixi Zəfərə gedən yolun başlanğıcı idi – Elşad Həsənov

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq
Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı
qüvvələri tərəfindən atəşə məruz qaldı. Düşmən təxribatının
qarşısının alınması, məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin
komandanlığı tərəfindən cavab tədbirləri keçirildi.

Bunu Trend-ə Birinci Qarabağ müharibəsi veteranı,
siyasi ekspert Elşad Həsənov deyib.

Onun sözlərinə görə, dördgünlük aprel döyüşləri zamanı Rəşadətli
Ordumuzun birləşmələri Talış kəndi ətrafındakı yüksəklikləri azad
etməklə Goranboy rayonuna və Naftalan şəhərinə təhlükəni aradan
qaldırdı.

“Bundan başqa Füzuli rayonu istiqamətində geniş ərazini
nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə
yüksəkliyinə nəzarəti ələ keçirdi. Aprel döyüşləri 1994-cü ildə
atəşkəs haqqında saziş imzalandıqdan 2016-cı ilə qədər həyata
keçirilən ən böyük hərbi əməliyyat idi.

Aprel döyüşlərində mənfur düşmənimizin üzərində qazandığımız
qələbə xalqımızın böyük qələbəyə inamını artırdı.Bu döyüşlər sübut
etdi ki, Ali Baş Komandan İlham Əliyev və xalqımız heç vaxt
torpaqlarımızın işğalı ilə barışmayacaq. Aprel döyüşlərində
torpaqlarımızın azad olunmasında canını fəda etmiş hərbçilərimizin
hünəri 44 günlük Vətən Müharibəsində igid əsgər və zabitlərimiz
üçün örnək oldu.

2016-cı ilin aprelində baş vermiş dördgünlük müharibə İkinci
Qarabağ Müharibəsində qazandığımız tarixi Zəfərə gedən yolun
başlanğıcı idi”, – deyə ekspert vurğulayıb.

Teqlər: