Sabah temperatur 31 dərəcəyədək yüksələcək

Aprelin 3-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən
Trend
-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında
hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi
əsəcək.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-22° isti olacaq.
Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacaq. Atmosfer
təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi
rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər
bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir
güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 26-31°
isti, dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti olacaq.

Teqlər: