Coca-Cola və tərəfdaşları “Tullantısız Dünya” uğrunda (FOTO)

Coca-Cola fəaliyyətdə olduğu bütün ölkələrdə “Tullantısız Dünya”
proqramını həyata keçirir və bu proqrama əsasən şirkət öz
tərəfdaşları ilə birgə plastik tullantıların azaldılması,
toplanaraq təkrar emala göndərilməsinə xidmət edən layihələrə
dəstək olur.

Trend xəbər ki, Azərbaycanda da Coca-Cola öz tərəfdaşları ilə
“Təmiz Ölkəm”, “Sahilyanı Təmizlik”, “Təmiz Sumqayıt” kimi
layihələr həyata keçirməkdədir.

Bu dəfə isə “Tullantısız Dünya” proqramı çərçivəsində Bakıda
yeni, tamamilə fərqli bir iş qurulub. Coca-Cola Azərbaycan, “ASAN
Könüllüləri” Təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ADA
Universiteti Fondu, Pasha Malls və CinemaPlus şəbəkəsinin birgə
əməkdaşlığı ilə “HORECA Collection” layihəsi artıq 5 aydır davam
edir. Bakıda faəliyyət göstərən onlarla kafe və restoran, həmçinin
Pasha Malls qrupuna daxil olan ticarət mərkəzlərindəki restoranlar
və CinemaPlus kino zalları bu təşəbbüsü dəstəkləyərək müştərilərini
ekoloji məsuliyyətli davranışa çağırır, istehlakçıları istifadə
etdikləri qablaşdırma tullantılarını yerindəcə təkrar emala
göndərməyə dəvət edir. Bu məqsədlə sözügedən yerlərdə çoxsaylı
çeşidləmə qutuları yerləşdirilib.

Hələlik yalnız Bakıda həyata keçirilən layihədə şəhərin müxtəlif
yerlərindən 50-dan çox tərəfdaş cəlb edilib. İlkin dövrlərdə
restoranlarla icra olunan layihəyə, Bakının iri ticarət
mərkəzlərindən biri olan Gənclik Mall, təhsil müəssisələrindən Bakı
Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat
Universiteti və CinemaPlus kinoteatrlar şəbəkəsi də qoşulub. 5 ay
ərzində ümumilikdə 5 ton plastik tullantı toplanıb.

Qeyd edək ki, bundan əvvəl Coca-Cola şirkəti, “ASAN Könüllüləri”
Təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər
tərəfdaşlarla birgə ekoloji istiqamətli “Təmiz Ölkəm”, “ Təmiz
Sumqayıt”, “Xəzəri Qoruyaq” kimi bir sıra layihələr icra edib və
ümümilikdə 50 tondan çox tullantı təkrar emala qaytarılıb.

Teqlər: