Sabirabadda orta yaşlı kişini qatar vurub

Sabirabadda qatar orta yaşlı kişini vurub.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, hadisə
mayın 25-də saat 03:30-da Şirvan-Astara dəmir yolu xəttinin
Sabirabad rayonu Çiçəkli kəndi ərazisindən keçən hissəsinin 29-cu
kilometrliyində baş verib.

“Təxminən 35-40 yaşlarında kişini qatar vurub. Qatar vuran şəxs
ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Aparılan araşdırmalar
zamanı həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Onu taniyanlardan 0125902779 və 0705912123 telefon nömrələrinə
zəng edərək Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu
Nəqliyyatında Polis İdarəsinin Şirvan Stansiyasında Xətt Polis
Bölməsinə zəng edərək məlumat vermələri xahiş olunur”, – məlumatda
deyilir.

Teqlər: