ÇL: Benzemanın het-triki “Real”a “Çelsi” üzərinə qələbə qazandırıb

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları
çərçivəsində İngiltərənin “Çelsi” klubu İspaniyanın “Real” (Madrid)
klubunu qəbul edib.

AzerTimes-ın məlumatına görə, oyun qonaqların 3:1 hesablı qələbəsi
ilə başa çatıb.

“Real”ın heyətində qolları Kərim Benzema (21-ci, 24-cü və 46-cı
dəqiqələr), “Çelsi”nin yeganı qolunu isə 40-cı dəqiqədə K.Kaverts
vurub.

Qeyd edək ki, cavab qarşılaşması aprelin 12-si Madriddə
keçiriləcək.

Teqlər: