ÇL: “Bavariya” səfərdə “Vilyarreal”a uduzub

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları
çərçivəsində İspaniyanın “Vilyarreal” klubu Almaniyanın “Bavariya”
klubunu qəbul edib.

AzerTimes-ın məlumatına görə, oyun meydan sahiblərinin minimal
hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Oyunda yeganə qolu 8-ci dəqiqədə Arno Danjuma vurub.

Qeyd edək ki, cavab qarşılaşması aprelin 12-si Münhendə
keçiriləcək.

Teqlər: