Ceyhun Bayramov Bolqarıstana rəsmi səfərə yola düşüb

Mayın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov Bolqarıstan Respublikasına rəsmi səfərə yola
düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AzerTimes-a
bildiriblər ki, səfər çərçivəsində Azərbaycan Respublikası və
Bolqarıstan Respublikası xarici işlər nazirlərinin iştirakı ilə iki
ölkə arasında strateji dialoq görüşünün, həmçinin Bolqarıstan
rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə
tutulur.

Teqlər: