ABŞ-ın Energetika Resursları Bürosu katibinin köməkçisinin müavini Azərbaycana səfər edib

ABŞ-ın Energetika Resursları Bürosu katibinin köməkçisinin
müavini Laura Lokman Azərbaycana səfər edib.

Trend ABŞ-ın Azərbaycandakı Səfirliyinə istinadən bildirir ki,
ABŞ-ın Energetika Resursları Bürosu katibinin köməkçisinin müavini
Laura Lokman hökumət rəsmiləri ilə görüşlərdə və “Bakı Enerji
Həftəsi” tədbirində iştirak etmək üçün 30 may – 2 iyun tarixlərində
Azərbaycanda səfərdə olacaq.

Dövlət katibinin köməkçisinin müavini Laura Lokman Dövlət
Departamentinin Energetika Resursları Bürosunun Enerji
Diplomatiyası komandasına rəhbərlik edir. Energetika Resursları
Bürosunun əsas vəzifələrdən biri ABŞ-ın Azərbaycanla və digər
ölkələrlə enerji əlaqələrinin gücləndirilməsidir.

Teqlər: