Çətənə yetişdirən Bərdə sakini saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş
tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası
ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, Bərdə
RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə
narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda
şübhəli bilinən rayon sakini Elgiz Məmmədov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman
aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 21 ədəd çətənə
bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir və
məhkəmənin qərarı ilə E.Məmmədov barəsində həbs qətimkan tədbiri
seçilib.

Teqlər: