Azərbaycan nefti dörd dollara yaxın bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti mayın 11-də 112,73
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,96
dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 111,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 3,97 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
71,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,59
dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 107,48 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən
3,61 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: