ABŞ-ın Texas ştatında silahlı atışmada 2 nəfər ölüb

ABŞ-ın Texas ştatının Hyuston şəhərində bazarda baş verən
silahlı atışma nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Trend “Fox News” telekanalının saytına istinadla xəbər verir ki,
bu barədə Harris əyalətinin şerifi Ed Qonzales bildirib.

Onun sözlərinə görə, silahlı insident iki qrup arasında baş
verib. Atışma zamanı yalnız münaqişə iştirakçıları xəsarət
alıblar.

Hadisə yerindən iki tapança götürülüb.