Cəmiyyətdə mediaya inam təmin olunmalıdır – ATƏT-in media azadlığı üzrə nümayəndəsi

Dezinformasiyaya qarşı mübarizədə şəffaflıq, cəmiyyətdə mediaya
inam təmin olunmalıdır.

AzerTimes-ın məlumatına görə, bunu ATƏT-in media azadlığı üzrə
nümayəndəsi Teresa Ribeiro “Dezinformasiyanın artımı: media
sahəsinə təsiri və səmərəli cavab tədbirləri strategiyaları”
mövzusunda keçirilən dəyirmi masada deyib.

O qeyd edib ki, söz, fikir azadlığı, jurnalistin toxunulmazlığı,
təhlükəsizliyi qorunub saxlanmalıdır.

“Azərbaycana səfərimizdə də məqsəd media azadlılığının təmin
edilməsi, dezinformasiyaya qarşı mübarizədə kömək etməkdir. Mənim
ofisim media azadlığı, onun inkişafına dəstəklə bağlı Azərbaycanı
dəstəkləməyə, öz tövsiyələrini verməyə hər zaman hazırdır”, – deyə
o əlavə edib.

Teqlər: