Cəbrayıl, Füzuli və Suqovuşanda yeni məktəb tikilir

Təhsil Nazirliyi işğaldan azad olunmuş ərazilərdə məktəb
tikintisi ilə bağlı layihələri açıqlayıb.

Trend-in məlumatına görə, Şuşa və Ağdam
şəhərlərində 960 şagird yerlik məktəblərin tikintisi davam
etdirilir.

Qeyd olunub ki, Zəngilan rayonunun Ağalı kəndində həyata
keçirilən “Ağalı kənd” layihəsi çərçivəsində 288 şagird yerlik tam
orta məktəb inşa olunur.

Bundan başqa, Cəbrayıl və Füzulidə 960 yerlik tam orta məktəbin
tikintisinin, Suqovuşan qəsəbəsində isə 144 şagird yerlik məktəbin
əsaslı təmirinin layihə-smeta sənədləri hazırlanır.

Teqlər: