Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə Naziri Ceyms Heppi
Azərbaycanda səfərdədir.

Trend xəbər verir ki, Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə
Naziri Ceyms Heppi Bakıya bir günlük səfərə gəlib. Bu, Britaniya
Müdafiə Nazirliyi səviyyəsində Azərbaycana sayca ilk səfərdir.

Səfər çərçivəsində yüksək səviyyəli görüşlər nəzərdə
tutulub.

Müzakirə üçün əsas mövzular Böyük Britaniya ilə Azərbaycan
arasında ikitərəfli münasibətlərinin 30-cu ildönümü ərzində Böyük
Britaniya-Azərbaycan müdafiə əməkdaşlığının genişləndirilməsi
imkanları, Rusiyanın Ukraynaya təcavüzündən sonra davam edən
vəziyyət, Ermənistanla münaqişə ilə bağlı həll edilməmiş məsələlər
və sülh prosesinin vəziyyəti olacaq. Nazir həmçinin minatəmizləmə
sahəsində əməkdaşlığı müzakirə edəcək və Şəhidlər Xiyabanını da
ziyarət edəcək.

Teqlər: