CAR-da “Meta” şirkəti məhkəməyə verilib

Cənubi Afrika Respublikasının Rəqabət Komissiyası “Meta”-ya
qarşı Facebook və WhatsApp-ın ölkədəki “dominant vəziyyətlərindən
sui-istifadə” ilə bağlı iddia qaldırıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Komissiya
məhkəmədən şirkətə ümumi pul dövriyyəsi on faizinə bərabər
“maksimum cərimə” tətbiq edəcəyini gözləyir.

Qeyd olunur ki, məhkəməyə müraciət etmək qərarı digər
məsələlərlə yanaşı, 2020-ci ildə Facebook-un dövlətə məxsus GovChat
platformasını WhatsApp Business API-dən istifadə imkanından məhrum
etmək niyyətində olduğu vəziyyətlə bağlıdır.