Moskavada yaşayış binasında baş vermiş yanğında azı bir nəfər həyatını itirib

Rusiyanın paytaxtı Moskvanın şərqində çoxmərtəbəli yaşayış
binasında yanğın baş verib.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, yanğın
Millionnaya küçəsində yerləşən binanın 9-cu mərtəbəsində baş verib.
Dərhal hadisə yerinə cəlb edilmiş xilasedicilər sakinləri təxliyə
ediblər.

Xilasetmə-axtarış işləri zamanı yanğınsöndürənlər mənzildən bir
nəfərin meyitini aşkar ediblər.

Yanğının başvermə səbəbləri araşdırılır.

Teqlər: