Meksikada kurortda baş verən qaz partlayışı azı iki nəfərin həyatına son qoyub

Meksikanın kurort şəhəri Playa del Karmendə çimərlikdə yerləşən
restoranda qaz partlayışı baş verib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara
görə, azı iki nəfər həyatını itirib, daha 18 nəfər müxtəlif
dərəcəli bədən xəsarətləri alıb. Onlardan 15 nəfəri restoran
işçiləri, qalan 3 nəfər isə zəyarətçilər olduğu vurğulanır.
Zərərçəkənlərin hansı ölkələrin vətəndaşları olduğu barədə məlumat
verilmir.

Kintana Roo ştatının baş prokuroru bildirib ki, faciə
Solidaridad bələdiyyəsinin çimərlik ərazisindəki restoranın
mətbəxində qeydə alınan qaz sızması nəticəsində baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.