Bura məzunları üçün çoxlu imkanlar açır – BANM-in qazaxıstanlı tələbəsi

Ademi Kaliyakbarova Qazaxıstandandır. O, Bakı Ali Neft
Məktəbinin (BANM) Qazaxıstan-Britaniya Texniki Universiteti ilə
əməkdaşlığı çərçivəsində Mübadilə proqramında iştirak edən 11
tələbədən biridir. Ademi Neft-qaz mühəndisliyi ixtisasının V
kursunda təhsil alır. Üzməyi və stolüstü tennis oynamağı sevir.
Bakı Ali Neft Məktəbinin qazaxıstanlı tələbəsi Ademi ilə Ali
Məktəbi seçmə səbəbləri və buradakı mühitlə bağlı müsahibəni təqdim
edirik:

– Bakı Ali Neft Məktəbini seçmə səbəbiniz nə idi?

– Bakı Ali Neft Məktəbi çoxlarının qəbul olmağı arzuladığı ən
nüfuzlu universitetlərdən biridir. Bu ali təhsil müəssisəsi
məzunları üçün çoxlu imkanlar açır. Bakı Ali Neft Məktəbini seçmə
səbəblərimdən digəri isə buranın mühiti, zəngin bilik və geniş
təcrübəyə malik professor-müəllim heyətidir. Nəhayət, mən Bakını
çox sevirəm. O, mehriban və açıqfikirli insanları olan çox gözəl
şəhərdir.

– Bakı Ali Neft Məktəbi haqqında öncədən hansı məlumatınız var
idi?

-Mənim burada təhsil almış bəzi dostlarım var. Mən Bakıya
gəlməzdən öncə onlarla ünsiyyətdə oldum və sonra Bakı Ali Neft
Məktəbini seçməyə qərar verdim. Onlar bildirdilər ki, Bakı Ali Neft
Məktəbində təhsil ən yaxşının yaxşısıdır və burada idman, tədris
üçün hər cür şərait var. Mən bu söhbətlərdən sonra çox
həvəsləndim.

– Artıq bir neçə aydır ki, Bakı Ali Neft Məktəbində təhsil
alırsınız. Buradakı mühit sizin gözləntilərinizi doğruldubmu?

– Mən buradakı tədris mühitini çox bəyənirəm və burada olmaqdan
çox xoşbəxtəm. Bakı Ali Neft Məktəbinin professor-müəllim heyətini
və tələbələr üçün şəraitini çox bəyənirəm. Burada üzgüçülük hovuzu
və stolüstü tennis var və bu idman növlərini çox sevirəm. Ali
Məktəbdə voleybol, futbol və digər oyunları oynamaq üçün də
imkanlar var. Buranın pedaqoji heyəti və tələbələri də çox
qayğıkeşdirlər və həmişə kömək etməyə çalışırlar. Burada özümü
vətənimdəki kimi rahat və sakit hiss edirəm. Bu şəraitə görə bütün
BANM heyətinə, xüsusilə qonaqpərvərlik və qayğıkeşliyə görə rektor
Elmar Qasımova, üzgüçülüyün sirlərini öyrətdiyinə görə Pyotr
müəllimə və öyrətdikləri biliklərə görə professorlara təşəkkür
edirəm.

Teqlər: