Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində
törədilmiş 53 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin
olunub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat
xidmətindən bildirilib.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu
şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə
təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş
vermiş, nəticədə 3 nəfər ölmüş, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23,
qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə
bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Teqlər: