Azərbaycanda özəl tədris müəssisələrinin sayı dövlət müəssisələrindən çoxdur – Nazir

Azərbaycanda özəl tədris müəssisələrinin sayı dövlət tədris
müəssisələrindən çoxdur.

Trend-in
məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Özəl sektorun
təhsil sahəsində rolu” mövzusunda konfrans zamanı deyib.

Onun sözlərinə görə, bu gün repetitorların yanına təkcə 9-11-ci
sinifdə oxuyanlar deyil, həm də 9-cu sinfə qədər şagirdlər də
gedir.

“Özəl tədris müəssisələri sektoru hansısa biznesə
çevrilməməlidir. Bir sıra ölkələrdə özəl tədris müəssisələri böyük
mənfəət gətirmir və daimi investisiyalar tələb edir. Azərbaycanda
təhsil pulsuzdur, özəl və dövlət təhsil sektorları yalnız
valideynlərin seçimidir”, – nazir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: