Bu gün Türkiyə Nazirlər Kabinetinin Ukrayna ilə bağlı iclası keçiriləcək

Xəbər - Humay Ağacanova – Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün
Nazirlər Kabinetinin iclası keçiriləcək.


Trend
-in məlumatına görə, iclasın əsas gündəmi Ukraynadakı
hadisələr olacaq.

Bu gün Ankarada keçiriləcək Nazirlər Kabinetinin iclasında
bölgədəki hadisələrin Türkiyəyə təsirləri ilə bağlı hərtərəfli
qiymətləndirmənin aparılacağı gözlənilir.

İclasda həmçinin Ukraynada hərbi əməliyyatlara son qoymaq üçün
vasitəçilik də daxil olmaqla atıla biləcək addımlar müzakirə
olunacaq.

Teqlər: