Bu gün Ukraynadan gələn daha 174 azərbaycanlı Rumıniyaya keçiriləcək

Xəbər - Fərid Zöhrabov – Trend:

Ukraynadakı vəziyyətlə əlaqədar Moldovaya gələn daha 174
azərbaycanlı bu gün Rumıniyaya keçiriləcək.

Bunu Trend-in suallarını cavablandırarkən
Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib.

Q.Osmanovun sözlərinə görə, hazırda Moldovada 500-ə yaxın
azərbaycanlı Azərbaycana təxliyə olunmasını gözləyir.

“Ukraynadan gələn hər bir vətəndaşımızı müxtəlif yerlərə
yerləşdirmişik. Heç kim çöldə qalmayıb. Bu gün Moldovadan 174
vətəndaşımızı Rumıniyaya aparacağıq və oradan təyyarə ilə
vətənimizə yola salacağıq. Rumıniya və Bolqarıstanla aramızda viza
rejiminin olmasına baxmayaraq mövcud vəziyyətlə bağlı vizaya
ehtiyac yoxdur. Aparılan danışıqlar nəticəsində artıq Ukraynada
yaşayan vətəndaşlarımız oradan öz avtomobilləri ilə Moldovya keçə
bilər. Avtomobil marşrutu Ukrayna, Moldova, Bolqarıstan, Türkiyə,
Gürcüstan sonra isə Azərbaycana getmək olar. Bu gündən avtomobillə
gələnlərin sayı daha çox olacaq. Sabah iki nəfər Xarici İşlər
Nazirliyindən əməkdaş bizə kömək etmək üçün Moldovaya gələcək”, –
deyə Q.Osmanov bildirib.

Qeyd edək ki, yaranmış suallarla bağlı vətəndaşlarımız
Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi ilə
+373 781 81 361, +373 789 91 849, +373 222 32 277 nömrələri ilə və
[email protected] elektron poçtu vasitəsilə
əlaqə saxlaya bilər.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının
Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və
[email protected] elektron poçt ünvanı, Xarkov
şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və
[email protected] elektron poçt ünvanı ilə
məlumat əldə edə bilərlər.

Twitter:@FaridZohrabov

Teqlər: