Maliyyə Nazirliyində kadr yerdəyişmələri olub

Maliyyə Nazirliyində kadr yerdəyişmələri həyata keçirilib.

Maliyyə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, nazirlik yanında Dövlət Xəzinədarlıq
Agentliyinin direktoru Elman Piriyev Nazirliyin Dövlət Maliyyə
Nəzarəti Xidmətinin rəisi, Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi
Xaqani Rzayev Nazirliyin Aparatının Dövlət aparatının maliyyə
şöbəsinin müdiri, Nazirliyin Aparatının Beynəlxalq əməkdaşlıq
şöbəsinin müdir müavini Famil İsmayılov həmin şöbənin müdiri,
Nazirlik yanında Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman
Hüseynov isə Nazirliyin Aparatının İnsan resurslarının idarə
edilməsi şöbəsinin müdiri vəzifələrinə keçiriliblər.

Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsinin icrası
Agentliyin İnformasiya texnologiyaları şöbəsinin müdiri Nazim
Qasımzadəyə, Maliyyə Elm-Tədris Mərkəzinin direktoru vəzifəsinin
icrası isə Mərkəzin İmtahanların təşkili və keyfiyyət təminatı
şöbəsinin müdiri Gülşən Orucovaya həvalə olunub.

Teqlər: