Mayın 4-5-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider
Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş
“Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi XIII
Beynəlxalq elmi-praktik konfransı başa çatıb.
Konfransa AMEA-nın nəzdində fəaliyyət göstərən insititular,
müxtəlif universitetlər, o cümlədən, Rusiya, Qazaxıstan, Ukrayna
universitetlərindən, ümumilikdə, 169 məqalə qəbul olunub.
Konfransın bölmə iclaslarında yerli və xarici alimlərin “Ulu
Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”, “”Qarabağ
Azərbaycandır!” çağırışı müasir elmi, elmi-publisistik və
ictimai-siyasi diskursun predmeti kimi”, “Azərbaycan tarixi və
mədəniyyətinin aktual problemləri”, “Azərbaycanşünaslıq və
filologiya məsələləri” və digər mövzularında məruzələri
dinlənilib.
Konfransın bağlanış mərasimində bölmə rəhbərlərinin hesabatları
dinlənilib, iştirakçılara sertifikatlar təqdim edilib.