Azərbaycanla Ermənistanın dövlət sərhədindəki buraxılış məntəqələri müəyyənləşib

“Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış
məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda
dəyişiklik edilib.

Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar
imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının digər dövlət
sərhədindən buraxılış məntəqələrində olduğu kimi, qeyd edilən
dövlət sərhədindən buraxılış məntəqələrinin də adları (sayı) və
yerləşdiyi ərazilərin siyahısı dəqiq müəyyən edilib:

Eyvazlı dövlət sərhədindən buraxılış məntəqəsi – Qubadlı rayonu
(Eyvazlı kəndi), Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasında.

Qazançı dövlət sərhədindən buraxılış məntəqəsi – Zəngilan rayonu
(Qazançı kəndi), Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasında.

Füzuli Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış
məntəqəsi (Füzuli rayonu, Mirzəcamallı kəndi).

Zaqatala Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış
məntəqəsi (Zaqatala rayonu, Muxax kəndi).

Teqlər: