BSU-da “Azərbaycanşünaslığın aktual problemləri” XIII Beynəlxalq elmi-praktik konfransı başa çatıb (FOTO)

Mayın 4-5-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider
Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş
“Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi XIII
Beynəlxalq elmi-praktik konfransı başa çatıb.
Konfransa AMEA-nın nəzdində fəaliyyət göstərən insititular,
müxtəlif universitetlər, o cümlədən, Rusiya, Qazaxıstan, Ukrayna
universitetlərindən, ümumilikdə, 169 məqalə qəbul olunub.

Konfransın bölmə iclaslarında yerli və xarici alimlərin “Ulu
Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”, “”Qarabağ
Azərbaycandır!” çağırışı müasir elmi, elmi-publisistik və
ictimai-siyasi diskursun predmeti kimi”, “Azərbaycan tarixi və
mədəniyyətinin aktual problemləri”, “Azərbaycanşünaslıq və
filologiya məsələləri” və digər mövzularında məruzələri
dinlənilib.

Konfransın bağlanış mərasimində bölmə rəhbərlərinin hesabatları
dinlənilib, iştirakçılara sertifikatlar təqdim edilib.

Teqlər: