Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların nəzərinə!

18-20 may tarixlərində Bakı Ekspo Mərkəzində 15-ci “Azərbaycan
Beynəlxalq Kənd Təsərrüfatı” və 27-ci “Azərbaycan Beynəlxalq Qida
Sənayesi” sərgiləri keçiriləcək.

Sərgilərdə müxtəlif kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz,
qənnadı, ət və ət məhsulları, şirələr, çaylar, süd və süd
məhsulları, tütün və digər məhsullar, eləcə də meyvə-tərəvəz emalı
üçün avadanlıqlar nümayiş olunacaq. Sərgilər dünyanın müxtəlif
ölkələrindən kənd təsərrüfatı üzrə idxalçıları, ixracatçıları,
distribyutorları, topdan və pərakəndə satış təmsilçilərini, aparıcı
istehsalçıları bir araya gətirəcək.

Sərgilərdə məhsullarını təqdim etmək istəyən mikro, kiçik və
orta biznes subyektləri (KOB) müvafiq formanı dolduraraq 10 may
2022-ci il tarixinədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə
(KOBİA) müraciət edə bilərlər:

https://smb.gov.az/az/contact-form/exhibition-form/1

KOB-ların bazarlara çıxışının genişləndirilməsinə və satışına
dövlət dəstəyinin təmin olunması məqsədilə KOBİA-nın stendində
sahibkarlar üçün ödənişsiz yer ayrılacaq, sərgilər çərçivəsində
onların biznes əlaqələrini genişləndirməsi üçün görüşlərin
təşkilinə dəstək göstəriləcəkdir.

Teqlər: