Kameralar məhv edildi: bəs, erməni terrorçular?

Kameralar məhv edildi: bəs, erməni terrorçular?

Ordumuzun Ağdam və Xocavənd istiqamətlərində erməni silahlı dəstələrinin üç videomüşahidə kamerasını sıradan çıxarması tam qanunidir. Hətta bu addım bir qədər əvvəl atılmalı idi.

Bu sözləri AzerTimes-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O, Ordumuzun fəaliyyətlərinin Ermənistan və separatçılar tərəfindən izlənilməsinin yolverilməz olduğunu vurğulayıb:

“Qarabağ ərazisində Azərbaycan Ordusunun fəaliyyətlərini yalnız dövlətimiz müşahidə edə bilər. Qarşı tərəfin, erməni separatçılarının və ərazimizdə müvəqqəti yerləşdirilmiş rus sülhməramlı kontingentin Ordumuzun fəaliyyətləri haqqında məlumatlar əldə etməsi qanunlarımıza ziddir. Ümid edirəm ki, bundan sonrakı addımlarımız həmin ərazidəki düşmən mövqelərinin darmadağın edilməsi və oradakı erməni terrorçularının ərazidən tamamilə çıxarılması olacaq”.

Teqlər: