Brüsseldə Ərdoğan və Makron arasında görüş baş tutub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti
Emmanuel Makron arasında görüş baş tutub.

AzerTimes-ın məlumatına görə, iki lider arasında görüş NATO-nun
qərargahında Alyansa üzv ölkələrin liderlərinin fövqəladə zirvə
toplantısı çərçivəsində baş tutub.

Danışıqlar Şimali Atlantika Alyansının qərargahında mətbuata
qapalı formatda keçirilib və 50 dəqiqə davam edib.