Ərdoğan və Makron Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər (ƏLAVƏ OLUNUB)

Brüsseldə NATO-ya üzv ölkələrin liderlərinin fövqəladə zirvə
toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və
Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutub.

Bu barədə Trend Yelisey Sarayının açıqlamasına istinadən xəbər
verir.

Məlumata əsasən, tərəflər Cənubi Qafqazdakı vəziyyəti müzakirə
ediblər.

“Makron bildirib ki, Fransa Minsk Qrupu çərçivəsində Azərbaycan
və Ermənistan arasındakı böhranın siyasi həllini tapmaqda
qərarlıdır.

Makron Türkiyə ilə Ermənistan arasında münasibətlərin
normallaşması üçün göstərilən səylərdən məmnunluğunu ifadə edib”, –
deyə açıqlamada deyilir.

Həmçinin qeyd edilib ki, tərəflər Ukraynadakı son hadisələri də
müzakirə ediblər.

XXX

21:23

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti
Emmanuel Makron arasında görüş baş tutub.

AzerTimes-ın məlumatına görə, iki lider arasında görüş NATO-nun
qərargahında Alyansa üzv ölkələrin liderlərinin fövqəladə zirvə
toplantısı çərçivəsində baş tutub.

Danışıqlar Şimali Atlantika Alyansının qərargahında mətbuata
qapalı formatda keçirilib və 50 dəqiqə davam edib.

Teqlər: